MÜSAHİBƏ

28 Avqust

2025-ci ilin yanvar–iyul aylarında sığorta şirkətlərinin yığımlarının həcminə görə renkinqi

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqı yığılıb.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.

Bəhs olunan dövrdə ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta” ASC (433,890 milyon manat) olub. İkinci yerdə 223,286 milyon manat sığorta haqqı ilə “Paşa Sığorta” ASC, üçüncü yerdə 65,448 milyon manat sığorta haqqı ilə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında sığorta yığımlarına görə şirkətlərin renkinqi:

Şirkət adı Məbləğ (min manat)
“Paşa Həyat Sığorta” 433,890
“Paşa Sığorta” 223,286
“Atəşgah Həyat” Sığorta Şirkəti 65,448
“Qala Sığorta” 53,747
“Atəşgah” Sığorta Şirkəti 37,084
“Azərbaycan Sənaye Sığorta” 18,913
“Meqa Sığorta” 18,854
“Xalq Sığorta” 16,305
“Qala Həyat” Sığorta Şirkəti 16,289
"Aqrar Sığorta" 13,491
“A-Qroup Sığorta Şirkəti” 10,029
“Meqa Həyat Sığorta” 9,400
"Xalq Həyat" Sığorta Şirkəti 6,196
“AtaSığorta” 5,698
“AzSığorta” 5,229
“İpək Yolu Sığorta” 3,799

Fuad Mədətov
Finss.az